"Heç vaxt "Real Madrid"də oynamaram"

ESTAFET/ Braziliya millisinin yarımmüdafiəçisi Rafinya bəyəndiyi Avropa klublarının adlarını açıqlayıb.

Fanat.Az "Onefootball"a istinadən xəbər verir ki, "Barselona"nın futbolçusu heç vaxt Kataloniya təmsilçisinin əzəli rəqibi "Real Madrid"də oynamayacağını da vurğulayıb:

"İspaniyada mənim yalnız "Barselona" xoşuma gəlir. Digər Avropa klublarından isə PSJ və "Arsenal"ın adlarını çəkə bilərəm. Hə, onu da deyim ki, heç vaxt "Real"da oynamaram. 

Messi ilə eyni komandada çıxış etmək istəyərəmmi? Əlbəttə, "Barsa"ya qayıdıb bizimlə oynaması ürəyimcə olar".

Qeyd edək ki, Rafinya 2022-ci ilin yayından "Barselona"nın uğurları üçün çalışır. Onun İspaniya nəhəngi ilə müqaviləsinin müddəti 2027-ci ilə qədərdir.

Müəllif: Zaur HACIYEV