Almaniyada Heydər Əliyevin 100 illiyinə həsr olunmuş boks turniri təşkil edilib
ESTAFET/ Almaniyanin Halle (Saale) şəhərində müasir Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə həvəskar boks yarışı keçirilib.
Turnir Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Almaniyanın Maqdeburq şəhərində fəaliyyət göstərən Heydər Əliyev adına Dünya Boks Komitəsinin (WBCA) və yeni təsis olunmuş Diaspor Boks Liqasının (DBL) təşkilatçılığı ilə baş tutub.
Azərbaycan, Almaniya və Türkiyənin Dövlət himnlərinin səsləndirilməsi ilə açılan turnirdə Türkiyədə baş verən dəhşətli zəlzələ nəticəsində həlak olanların xatirəsi ehtiramla yad edilib.
Tamaşaçılar tərəfindən böyük maraqla izlənən yarışda əcnəbi idmançılar və Berlin, Maqdeburq, Leypsiq, Nürnberq, Vaysenfels, Vaysvasser, Ham, Rostok, Potsdam, Halle şəhərlərini təmsil edən azərbaycanlı boksçular iştirak ediblər.
Qalib boksçular 6 və 20 may 2023-cü il tarixlərində keçiriləcək final və kubok yarışlarında iştirak etmək imkanı qazanıblar.