Milli komanda "Strandja" turnirində 2 medal qazanıb

ESTAFET/ Bolqarıstanın paytaxtı Sofiyada boks üzrə “Strandja” beynəlxalq turniri başa çatıb. Azərbaycan millisi 40-a qədər ölkədən 398 idmançının (256 kişi, 142 qadın) qatıldığı yarışda 2 medal qazanıb.

Yığma üzvlərindən Aynur Rzayeva (+81 kq) fəxri kürsünün ikinci pilləsinə qalxıb. O, finalda Aqata Kajmarskaya (Polşa) məğlub olduğundan gümüş medalla kifayətlənib.

Digər boksçumuz Məhəmməd Abdullayev (+92 kq) isə turniri 3-cü pillədə başa vurub.

Müəllif: Natiq NƏSİROV