Mustafayevli “Aleksandriya”dan məhsuldar heç-heçə

ESTAFET/ Ukrayna Premyer Liqasında 6-cı turdan təxirə salınmış bir oyun keçirilib.

Azərbaycanlı yarımmüdafiəçi Emil Musatafayevin formasını geyindiyi “Aleksandriya” da növbəti matçına çıxıb.

Sözügedən kollektiv “Metallist”i qəbul edib. Futbolçumuzun komandası bu görüşdən heç-heçə ilə ayrılıb – 3:3.

Mustafayev də bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və 87-ci dəqiqədə əvəzlənib. Komandasının vurduğu ilk iki qolun məhsuldar ötürməsinin də müəllifi azərbaycanlı futbolçu olub.

“Aleksandriya” hazırda 25 xalla 16 iştirakçı arasında 5-ci pillədə qərarlaşıb.

Müəllif: Bəhruz MƏMMƏDOV