İdman gimnastları bu dəfə Qətərdə yarışacaqlar

ESTAFET/ İdman gimnastikası üzrə Azərbaycan millisinin üzvləri martın 1-4-də Dohada (Qətər) keçiriləcək Dünya Kubokunda çıxış edəcək.

Turnirdə İvan Tixonov, Nikita Simonov, Nəzərin Teymurova və Samirə Qəhrəmanova qüvvəsini sınayacaq.

Qeyd edək ki, adıçəkilən gimnastlar ötən həftəsonu Almaniyada keçirilən analoji yarışda iştirak edirdilər və ilkin mərhələdən mübarizəni dayandırmışdılar.

Müəllif: Bəhruz MƏMMƏDOV