5 Mart Bədən Tərbiyəsi və İdman gününə həsr olunmuş şahmat turniri

ESTAFET/ “Təhsil” Respublika İdman Mərkəzini 4 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq Gənclər İdman Şahmat Məktəbi PHŞ-nin təşkilatçılığı ilə 04 mart tarixində 8-16 yaşadək uşaqlar arasında 5 Mart Bədən Tərbiyəsi və İdman gününə həsr edilmiş blitz şahmat turniri keçirilib.

Turnirin açılışının keçirildiyi 5 Mart Bədən Tərbiyəsi və İdman günün tarixi haqqında eyni zamanda ölkəmizdə idmana böyük diqqət və qayğının olması, idmanda kütləviliyin təmin edilməsi, ölkəmizin idmançılarının olimpiyada, dünya və avropa çempionatlarında və beynəlxalq turnirlərdə yüksək nailiyyətlər əldə etməsindən bəhs olunub.

Yarışın sonunda mükafatlandırma mərasimi keçirilib.

Ümumi hesbda ,eyni zamanda yaş qrupları üzrə 1-2-3 yeri tutan şahmatçılar medal və diplomla təltif olunub.

Müəllif: Bəhruz MƏMMƏDOV