Hikmət Qafarlıya beynəlxalq təyinat

ESTAFET/ FIFA referisi Hikmət Qafarlı beynəlxalq təyinat alıb.

O, martın 21-dən 26-dək 19 yaşadək futzalçılardan ibarət komandalar arasında təşkil olunan AÇ-2023-ün əsas mərhələsinin 2-ci qrupunun oyunlarını idarə edəcək.

Serbiyada təşkil olunacaq bu qrupun oyunlarında meydan sahibləri ilə yanaşı Ukrayna, Rumıniya və Monteneqro futzalçıları qarşılaşacaq.

Müəllif: Zaur HACIYEV