Avropa çempionatında yunan-Roma güləşçilərimizin rəqibləri müəyyənləşib
ESTAFET/ Sabah Rumıniyanın paytaxtı Buxarestdə 23 yaşadək güləşçilər arasında Avropa çempionatına start veriləcək.
Yarışın ilk 3 günündə yunan-Roma güləşi üzrə mübarizə baş tutacaq. Bu gün güləşin bu növü üzrə püşkatma mərasimi keçirilib. Püşkatmanın nəticələri belədir:
55 kq
1/4 final
Rahim Həsənov - Karapet Manvelyan (Ermənistan) / Sabolç Losonç (Serbiya)
60 kq
1/4 final
Elmir Əliyev - Mert İlbars (Türkiyə)
63 kq
Təsnifat mərhələsi
Ziya Babaşov - Sahak Hovannisyan (Ermənistan)
67 kq
Təsnifat mərhələsi
Həsən Məmmədli - Mixail Portmann (İsveçrə)
72 kq
Təsnifat mərhələsi
Qurban Qurbanov - Luka Malobabiç (Xorvatiya)
77 kq
Təsnifat mərhələsi
Xasay Həsənli - Şahan Acar (Türkiyə)
82 kq
1/8 final
İsmayıl Rzayev - Eksaus Mukubu (Norveç)
87 kq
Təsnifat mərhələsi
Məhəmməd Əhmədiyev - Açika Bolkvadze (Gürcüstan)
97 kq
1/8 final
Murad Əhmədiyev - Luka Katiç (Serbiya)
130 kq
Təsnifat mərhələsi
Sərxan Məmmədov - Mixaylo Vişnivetski (Ukrayna)
Qeyd edək ki, sabah 55, 63, 77, 87 və 130, növbəti gün isə 60, 67, 72, 82 və 97 kq-da yer alan güləşçilər çıxış edəcək.