BBC üzr istədi, Linekeri geri qaytardı
ESTAFET/ İngiltərə hakimiyyətini tənqid etdiyi üçün BBC telekanalından kənarlaşdırılan aparıcı, keçmiş futbolçu Qari Lineker yenidən işinə qaytarılıb.
Bu barədə sözügedən telekanaldan məlumat verilib.
BBC-nin baş direktoru Tim Deyvi baş verənlərə görə Linekerdən üzr istəyib. O, keçmiş futbolçunun yenidən “Match of the Day” proqramında aparıcı kimi fəaliyyət göstərəcəyini bəyan edib.
Xatırladaq ki, Lineker martın 7-də “Twitter” hesabında ölkə rəhbərliyini immiqrantlara qarşı siyasətinə görə tənqid etmişdi. Bu üzdən BBC rəhbərliyi onu ayın 10-da telekanaldan kənarlaşdırmışdı.
62 yaşlı Lineker təxminən 30 ildir BBC-də çalışır. O, yeni qərarın ardından sosial şəbəkə hesabında daha bir paylaşım edərək ona dəstək olan hər kəsə təşəkkürünü bildirib. (Sports.az)