Ter Ştegen "üçlük"də

ESTAFET/ “Barselona” İspaniya La Liqasının 25-ci turunda “Atletik”i 1:0 hesabıyla məğlub edib.

Bu matç Kataloniya təmsilçisinin qapıçısı Mark-Andre ter Ştegen üçün əlamətdar olub.

O, “Barselona”nın heyətində ən çox oyunda qapısını toxunulmaz saxlayan üçüncü qolkiper kimi tarixə düşüb.

Bununla da, almaniyalı dəri əlcək sahibi bu göstəricidə üçüncü pilləyə yüksəlib – 150 oyun. Ter Ştegen hazırda yalnız rekordçu Viktor Valdes (237) və Andoni Subisarretadan (172) geri qalır.

Ter Ştegen 2014-cü ildən “Barsa”da çıxış edir.

Müəllif: Natiq NƏSİROV