Qran-Pri turnirində daha bir qızıl
ESTAFET/ Azərbaycan paracüdoçusu Xanım Hüseynova Misirin İsgəndəriyyə şəhərində keçirilən Qran-pri turnirində qızıl medal qazanıb.
Turnirdə 70 kq çəki dərəcəsində mübarizə aparan təmsilçimiz bütün rəqiblərini məğlub edərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Bugün ikiqat Paralimpiya çempionu İlham Zəkiyev (+90 kq) qızıl, Dürsədəf Kərimova (+70 kq) isə bürünc medal uğrunda görüşə çıxacaqlar.
Qeyd edək ki, ötən gün Namiq Abaslı (73 kq) mötəbər turnirin qalibi olub.