İnfantino yenidən FIFA prezidenti seçildi
ESTAFET/ Canni İnfantino yenidən FIFA prezidenti seçilib.
Bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.
Ruandanın paytaxtı Kiqalidə keçirilən 73-cü Konqresdə isveçrəli futbol funksionerinin növbəti dörd il üçün prezidentliyi təsdiqlənib. O, 2027-ci ilədək postunda qalacaq.
Xatırladaq ki, Canni İnfantino 2016-cı ildən FIFA prezidentidir.