Avropa Liqasının püşkü atıldı

ESTAFET/ Futbol üzrə UEFA Avropa Liqasının cari mövsümün sonuncu püşkü atılıb. İsveçrənin Nyon şəhərindəki tədbirə Bakı vaxtı ilə saat 16:00-da start verilib.

Püşkatma mərasimində 1/4 və yarımfinal cütlükləri bəlli olub, eyni zamanda, final matçının nominal meydan sahibinin adına aydınlıq gəlib.

Bu mərhələdən etibarən, püşkün nəticəsinə əsasən, istənilən ölkə təmsilçisi bir-birilə qarşılaşa bilərdi.

1/4 final mərhələsinin ilk oyunları aprelin 13-də, cavab matçları bundan bir həftə sonra gerçəkləşəcək. Yarımfinal görüşləri mayın 11-i və 18-də olacaq. Turnirin final görüşü isə mayın 31-də Macarıstanın paytaxtı Budapeştdəki "Puşkaş Arena"da baş tutacaq.

Püşkatmanın nəticələri belə olub:

1/4 final
1. “Mançester Yunayted” (İngiltərə) - “Sevilya” (İspaniya)
2. “Yuventus” (İtaliya) - “Sportinq” (Portuqaliya)
3. “Bayer” (Almaniya) - “Yunion” (Belçika)
4. “Feyenoord” (Niderland) - “Roma” (İtaliya)

Yarımfinal
A. 2-ci cütün qalibi - 1-ci cütün qalibi
B. 4-ci cütün qalibi - 3-cü cütün qalibi

Final
A cütünün qalibi – B cütünün qalibi

Müəllif: Natiq NƏSİROV