“Sabah”ın futbolçusu Ukrayna yığmasına çağırıldı

ESTAFET/ “Sabah”ın yarımmüdafiəçisi Aleksey Kaşuk Ukraynanın U-21 yığmasına dəvət alıb.

Bu barədə Ukrayna Futbol Assosiasiyasının rəsmi saytı məlumat yayıb.

Gənc futbolçu qarşıdakı yoldaşlıq görüşləri üçün baş məşqçi Ruslan Rotan tərəfindən komandaya dəvət edilib. O, Danimarka və İtaliya ilə keçiriləcək görüşlərin iştirakçısı olacaq.

Ukrayna yığması martın 24-də Danimarka, bundan üç gün sonra isə İtaliya ilə üz-üzə gələcək.

Müəllif: Məsim MƏSİMZADƏ