“Arsenal”da iki ciddi itki

ESTAFET/ UEFA Avropa Liqasının 1/8 finalında Portuqaliyanın “Sportinq” klubuna penaltilərlə uduzaraq mübarizəni dayandıran London “Arsenal”ı bu oyunda iki futbolçusunu da itirib.

İngiltərə klubunun heyətində Takehiro Tomiyasu və Vilyam Saliba matçın əvvəlindəcə sıradan çıxıblar.

Zədələnən Tomiyasu 9-cu, Saliba isə 21-ci dəqiqədə əvəzlənmək məcburiyyətində qalıb.

Hələlik onların zədəsinin nə dərəcədə ciddi olduğu bilinmir. Hər iki futbolçunun durumuna ətraflı müayinələrdən sonra aydınlıq gələcək.

Müəllif: Natiq NƏSİROV