Laporta Messiyə zəng etdi, üzr istədi
ESTAFET/ PSJ-nin hücumçusu Lionel Messi ilə “Barselona”nın prezidenti Xuan Laporta arasında telefon danışığı olub.
Xarici KİV-in məlumatına görə, Laporta Messiyə zəng edərək, vaxtı ilə “Barselona”da argentinalı futbolçunun müqaviləsi ilə bağlı yaranmış vəziyyətə görə üzr istəyib.
35 yaşlı futbolçu üzrxahlıqdan məmnun olub və Laportaya “Barselona”ya qayıtmaq arzusunda olduğunu bildirib.
Messi Kataloniya klubunun irəli addım atmasını və ona müqavilə təklif etməsini gözləyir. Baş məşqçi Xavi Messi ilə müqavilə imzalanmasını, hücumçunun həyat yoldaşı Antonella və uşaqları isə Barselonaya qayıtmaq istəyir.
Argentinalı hücumçunun Paris klubu ilə hazırkı müqaviləsi 2023-cü ilin yayına kimi hesablanıb.
Messi bu mövsüm PSJ-nin heyətində bütün turnirlərdə 31 oyuna çıxıb, 18 qol vurub və 17 məhsuldar ötürmə edib.