Yığma bu dəfə məğlub oldu
ESTAFET/ Bakıda təlim-məşq toplanışını başa vuran 19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası hazırlıq çərçivəsində növbəti yoldaşlıq oyununu keçirib.
“Dalğa Arena”da Şimali Makedoniyanın müvafiq yaş qrupundan ibarət komandasına qarşı keçirilmiş oyun 2:1 hesabı ilə rəqibin xeyrinə başa çatıb.
Millimizin heyətində 49-cu dəqiqədə Sənan Ağalarov fərqlənib.
Qeyd edək ki, bu komandalar arasında keçirilmiş ilk oyun 0:0 hesabı ilə nəticələnmişdi.