"Çelsi" yarımmüdafiəçisi ilə müqaviləni uzatmaq istəyir
ESTAFET/ "Çelsi" fransız yarımmüdafiəçisi N'Qolo Kante ilə yeni müqavilə haqda danışıqlar aparır.
Xarici KİV-in məlumatına görə, danışıqlar davam etsə də, ingilislər 31 yaşlı futbolçu ilə demək olar ki artıq razılaşıblar.
Müqavilə 2+1 sxemi üzrə bağlana bilər.
2016-cı ildən bu komanda da olan Kante zədə səbəbindən 7 aydan artıqdır meydana çıxmır və hazırkı müqavilə bu ilin sonunda başa çatır.