"Heydər Əliyev İli" çərçivəsində SOCAR-ın təşkilatçılığı ilə mini-futbol turnirinə start verilib
2023-cü il aprelin 2-də “Heydər Əliyev İli” çərçivəsində Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) təşkilatçılığı ilə mini-futbol turnirinə start verilib.
Tədbir Azərbaycan Respublikasının Dövlət himni ilə başlayıb, daha sonra ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçən Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Açılış nitqi ilə tədbirdə çıxış edən SOCAR-ın vitse-prezidenti Xalik Məmmədov komandalara uğurlar diləyib. Xalik Məmmədov müstəqilliyimizin bərpasından sonra Ümummilli Lider Heydər Əliyev tərəfindən əsası qoyulan idman siyasətindən bəhs edərək Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən bu sahəyə göstərilən xüsusi diqqət və qayğını qeyd edib. O, ölkədə idmanın dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrildiyini vurğulayıb.
Ümumilikdə on altı komandanın iştirak edəcəyi turnirdə SOCAR-ın yığma komandası ilə yanaşı, neft-qaz sənayesində fəaliyyət göstərən digər şirkətlərin komandaları mübarizə aparacaqlar.