Frimponqun müştəriləri çoxalır
ESTAFET/ "Bayern" və "Barselona" Ceremi Frimponqun agenti Cefri Lemmertlə danışıqlar aparıb. Daha əvvəl 22 yaşlı futbolçunun xidmətlərində “Mançester Yunayted”in də maraqlı olduğu bildirilirdi.
Frimponq bu mövsüm komandasının Bundesliqadakı 26 matçının hamısında iştirak edib və 8 qol vurub.
Müdafiəçi 2021-ci ildə Leverkuzen "Bayer"inə keçib.