Azərbaycanı DÇ-də 4 idmançı təmsil edəcək

ESTAFET/ Sabah Bolqarıstanın Plovdiv şəhərində yeniyetmə və gənc qılıncoynadanlar arasında dünya birinciliyinə start verilicək.

İlk yarış günündə qılncoynatmanın sablya növü üzrə oğlan və qızlar arasında şəxsi yarışda qaliblər müəyyənləşəcək.

Qız sablyaçıların şəxsi yarışında ölkəmizi Zərifə Hüseynova təmsil edəcək.

Oğlan sablyaçıların şəxsi mübarizəsində isə Maqsud Hüseynli, Saleh Məmmədov və Murad Əkbərov qüvvəsini sınayacaq.

Dünya çempionatına aprelin 9-da yekun vurulacaq.

Müəllif: Zaur HACIYEV