“O, 60 yaşında da ən sürətli olacaq”: Quardiola

ESTAFET/ Xosep Quardiola Kayl Uokerin yeni sxeminə uyğun gəlmədiyini bildirib.

"Mançester Siti"nin baş məşqçisi cinah müdafiəçisinin zaman-zaman mərkəzə keçid etməli olduğu sxemdə Uolkerin bu bacarığını şübhəyə alıb:

"O, bu sxemdə oynaya bilməz. Onun həmişə sürəti olacaq. Kayl 60 yaşında da ən sürətli olacaq. Amma məhdud çərçivədə oynamaq üçün onun bəzi xarakteristikaları çatmır. Əvvəl o 4 müdafiəçi olan sxemdə əla oynayırdı, amma indi 3 müdafiəçili sistemdə oynaya bilməz".

32 yaşlı cinah müdafiəçisi bu mövsüm "Mançester Siti"də 23 oyun keçirib və bir məhsuldar ötürmə edib.

Müəllif: Orxan NOVRUZOV