“Liverpul”un necə təhlükəli olduğunu hamı bilir”

ESTAFET/ Aleksandr Zinçenko İngiltərə Premyer Liqasının 30-cu turu çərçivəsində sabah keçiriləcək "Liveepul" - "Arsenal" oyunundan danışıb.

Ukraynalı futbolçu "Sky Sports"a açıqlamasında komandasını çətin mübarizə gözlədiyini bildirib:

""Liverpul"la oynamaq hər zaman çətindi. Hamı onların necə təhlükəli olduğunu bilir. Biz turnir cədvəlinə baxmırıq, öz oyunumuza konsentrasiya olmaq istəyirik. Bu böyük komandadı və "Enfild"də oyun hər zaman, hamı üçün möhtəşən hadisədi".

Müəllif: Bəhruz MƏMMƏDOV