“Napoli” ÇL matçına ciddi itki ilə çıxacaq
ESTAFET/ İtaliyanın “Napoli” klubu ciddi itki ilə üzləşib. Neapol klubunun nigeriyalı hücumçusu Viktor Osimhen sıradan çıxıb.
25 yaşlı futbolçu zədə səbəbindən komandasının UEFA Çempionlar Liqasının (ÇL) 1/4 final mərhələsində qarşılaşacağı “Milan”la ilk oyunu buraxmalı olacaq.
Xatırladaq ki, aprelin 12-də keçiriləcək “Milan” – “Napoli” matçına saat 23:00-da start veriləcək.
Osimhen bu mövsüm meydana çıxdığı 29 oyunda 25 qol vurub.