Azərbaycan cüdoçuları Avropa Kuboku turnirində 6 medal əldə etdi
Polşanın Poznan şəhərində 15-16 aprel tarixlərində keçirilən gənclər arasında Avropa Kuboku turnirində cüdoçularımız ümumilikdə 1 gümüş və 5 bürünc medala sahib olub.
Turnirin ilk günü 5 çəki dərəcəsində 11 cüdoçumuz medallar uğrunda mübarizə aparıb. Oğlanların yarışında -66 kq. çəkidə Aydın Rzayev bürünc medal əldə edib. -73 kq. çəkidə Qadir Hüseynov gümüş medal, Süleyman Əliyev bürünc medal qazanıb. -60 kq. çəkidə Nizami İmranov və -66 kq. çəkidə Nicat Nağıyev yarışı 5-ci yerdə başa vurub.
Qızların yarışında -78 kq. çəkidə Nərmin Əmirli bürünc medala sahib olub. +78 kq. çəkidə Nigar Süleymanova isə yarışı 7-ci yerdə tamamlayıb.
Yarışın ikinci günündə oğlanların mübarizəsində -90 kq. çəkidə İsmayıl Zamanov və +100 kq. çəkidə Kənan Nəsibov bürünc medal qazanıb. -81 kq. çəkidə Ömər Rəcəbli və -90 kq. çəkidə Əjdər Bağırov yarışı 5-ci yerdə tamamlayıb. Qızların mübarizəsində isə -48 kq. Leyla Dəmirova yarışı 5-ci yerdə başa vurub.