"QƏBƏLƏ"NİN RƏQİBİ "YAGELLONİYA" OLDU

ESTAFET/ UEFA Avropa Liqasında II təsnifat mərhələsindən mübarizəyə qoşulacaq təmsilçimiz “Qəbələ”nin bu mərhələdəki rəqibi müəyyənləşib. Qəbələlilər Polşanın “Yagelloniya” klubu ilə qarşılaşacaq.

 

Polşalılar I Təsnifat mərhələsində keçirdikləri hər iki oyunun yekununda gürcülərin “Dinamo”sunu (Batumi) məğlub edərək buna nail olublar – 1:0, 4:0.


“Qəbələ” - “Yagelloniya” qarşılaşmalarındakı ilk oyun iyulun 13-də Bakıdakı “Bakcell Arena” stadionunda keçiriləcək. Görüş saat 21:00-da başlayacaq. Cavab matçı isə bir həftə sonra Polşada oynanılacaq.