Yeniyetmə güləşçilər “Zəfər kuboku”nda mübarizəyə başlayır

ESTAFET/ Bu gün Türkiyənin Antalya şəhərində yeniyetmə (U-17) güləşçilər arasında “Zəfər kuboku”na start verilib.

3 gün davam edəcək ənənəvi turnirdə ölkəmizi yunan-Roma və qadın güləşi üzrə millilərimiz təmsil edir.

Böyük məşqçi Taleh İsrafilov, məşqçilər Nazim Əhmədov və Elvin Mürsəliyevin rəhbərliyi altında iştirak edən yunan-Roma güləşçilərimiz: 

45 kq. Turan Daşdəmirov
48 kq. Elnar Ziyadov, Əmrah Əmrahov, Emin Cavadlı
51 kq. Coşqun Hacıyev, Əli Seyidəlili
55 kq. Ayxan Cavadov 
60 kq. Roman Kərimov, Tural Əhmədov, Nurlan Ibadzadə, Kamran Rəcəbli, Murad Əliyev
65 kq. Murad Zeynalabdinov, Orxan Əliyev 
71 kq. Cavidan Nehmətov, Cavad Məmmədov
80 kq. Orxan Hacıyev, Elmin Əliyev
92 kq. Mikayıl İsmayılov
110 kq. Mahir Qurbanlı, Museyi Kazım Hüseyn

Böyük məşqçi Həsrət Məmmədyarov və məşqçi Solmaz Adilovanın rəhbərliyi altında iştirak edən qız güləşçilərimiz:
43 kq. Səadət Quliyeva
46 kq. Xədicəxanım Talıbova
49 kq. Esra Məmmədli
53 kq. Gülər Həbibova 
61 kq. Günay Qurbanova

Müəllif: Natiq NƏSİROV