Azərbaycan idmançısı Dünya Kubokunda 2 medal qazandı
ESTAFET/ Azərbaycanın para-pauerliftinqçisi Zəhra Dadaşova Gürcüstanın paytaxtı Tbilisidə keçirilən Dünya Kubokunda iki medal qazanıb.
Gənclərin mübarizəsində 55 kq çəki dərəcəsində çıxış edən idmançı 75 kq nəticə göstərib.
O, fərdi çəkidə qızıl, ümumi çəkidə isə gümüş medala sahib çıxıb.
Qeyd edək ki, Zəhra Dadaşova ümumi kateqoriyada isə yarışı 7-ci pillədə tamamlayıb.