GƏNCLƏR PAYTAXTINDA VELOYÜRÜŞ
ESTAFET/ Gəncə şəhərində keçirilən yürüşdə 100-ə yaxın həvəskar velosipedçi iştirak edib. Velosipedçilər yürüşə Gəncə şəhəri 28 may küçəsindən start verib. Heydər Əliyev Park Kompleksində yerləşən Zəfər Tağının yanında veloyürüşə fasilə verən iştirakçılar sonra "Asan Xidmət" mərkəzinin yerləşdiyi Heydər Əliyev prospektinə istiqamət alıblar.
Ümumilikdə 10 km məsafə qət edən velosipedçilərdən ən böyüyünün 56, ən kiçiyinin isə 9 yaşı olub.
ASAN Könüllülsü Aytən Rəşidlinin rəhbəri olduğu “Sağlam nəqliyyat -Sağlam gənclik” layihəsinin əsas məqsədi velosipedin nəqliyyat vasitəsi kimi qəbul olunmasına vasitəçi olmaq, sağlam həyat tərzinin geniş əhali kütləsinə aşılamaq, ölkəmizdə velosiped idmanının inkişafında pay sahibi olmaqdır.