Keyn Şireri təkrarladı

ESTAFET/ “Tottenhem"in futbolçusu Harri Keyn yeni uğura imza atıb.

İngilis hücumçu buna İngiltərə Premyer Liqasının 34 turunda “Liverpul”a 3:4 hesabı ilə məğlub olduqları oyunda qol vurmaqla nail olub.

Keyn bu mövsüm çempionatdakı qollarının sayını 25-ə çatdırıb.
 
Bununla  da o, Premyer Liqanın 4 müxtəlif mövsümündə 25 və daha çox qol vuran Alan Şirerin rekordunu təkrarlayıb. 30 yaşlı forvard 2015/16 (25 qol), 2016/17 (29) və 2017/18 (30) mövsümlərində də bunu bacarıb.
 
Xatırladaq ki, Keyn bu mövsüm “Tottenhem”in heyətində bütün turnirlər çərçivəsində keçirdiyi 45 oyunda 27 qola imza atıb.

Müəllif: Natiq NƏSİROV