Dzyuba Rusiya futbolunun tarixinə düşdü

ESTAFET/ Futbol üzrə Rusiya Premyer Liqasının 25-ci turunun "Ximki" ilə oyunu Moskva “Lokomotiv"inin hücumçusu Artyom Dzyuba üçün əlamətdar olub.

O, 5:1 hesabıyla qalib gəldikləri bu oyunda dubla imza atıb. 

Bununla da təcrübəli forvard Rusiya çempionatında 31-ci komandanın qapısına qol vurub. Bu, Premyer Liqa tarixində rekord göstəricidir. Belə ki, Dzyuba 30 fərqli komandaya qol vuran üç oyunçunu - Dmitri Kiriçenko, Dmitri Loskov və İqor Semşovu qabaqlayıb.

Dzyuba ən çox "Dinamo" və "Krasnodar"a - hərəsinə 14 qol vurub.

Müəllif: Zaur HACIYEV