Boksçularımızın ilk rəqibləri bilindi: DÇ-2023
ESTAFET/ Özbəkistanın paytaxtı Daşkənddə kişi boksçular arasında keçiriləcək dünya çempionatının püşkü atılıb.
Bu gün start götürəcək mundialda Azərbaycan millisinin idmançılarının da ilk rəqibləri bəlli olub.
Yarışın ilk günündə Ümid Rüstəmov (57 kq) və Eldar Quliyev (92 kq) rinqə çıxacaqlar.
1/32 final
Ümid Rüstəmov (57 kq) – Suleyman Samqhouli (Mərakeş)
Malik Həsənov (63,5 kq) – Bilgə Kanlı (Türkiyə)
Sərxan Əliyev (71 kq) – Dev Nişant (Hindistan)
Mirşərif Kazımzadə (75 kq) – Edvin Ovuor (Keniya)
Murad Allahverdiyev (80 kq) – Şabbos Neqmatullayev (Tacikistan)
Eldar Quliyev (92 kq) – Ahmad Alteymat (İordaniya)
1/16 final
Tural Sarıyev (48 kq) – Al-Jaleel Jokhu (Trinidad və Tobaqo)
Məsud Yusifzadə (51 kq) – Maykl Trindad (Braziliya)/Sehyonq Jo (Cənubi Koreya)
Nicat Hüseynov (54 kq) – P. Hsu (Tayvan)
Tayfur Əliyev (60 kq) – Mirzohid İmamnazarov (Qırğızıstan)
Nəbi İsgəndərov (67 kq) – Ali Habibinejad (İran)
Məhəmməd Abdullayev (+92 kq) – Taeunq Ju (Cənubi Koreya)
1/8 final
Alfonso Dominqes (86 kq) – Kalpana Çoudhari (Hindistan)/Bill Makallister (Avstraliya)
Qeyd edək ki, 5,2 milyon ABŞ dolları mükafat fondu olan yarışın final döyüşləri mayın 13-də və 14-də olacaq. Mundialda qızıl medal qazanacaq boksçular 200 min dollar gəlir əldə edəcək. İkinci yerin sahibləri 100 min, üçüncü yerin sahibləri isə 50 min dollarla mükafatlandırılacaq.