“Qarabağ”dan qvineyalı hücumçu üçün yeni təklif
ESTAFET/ “Qarabağ” klubu Qvineya millisinin futbolçusu Fode Koyta üçün “Trabzonspor”a yeni təklif göndərib.
Bu barədə Türkiyə mətbuatı məlumat yayıb. Məlumatda bildirilir ki, mövsümün əvvəlindən 33 yaşlı hücumçunun keçidində maraqlı olan “Qarabağ” yayda yenə cəhd edəcək.
“Trabzonspor” da “Kasımpaşa”da icarə əsasında çıxış edən Koytanı satmağı planlaşdırır.
Koytanın Türkiyə klubu ilə müqaviləsi 2024-cü ilin yayına qədərdir. (Sports.az)