Dünya Kubokunda ölkəmizi təmsil edən gimnastlarımız Bakıya qayıdıb

Misirin Qahirə şəhərində idman gimnastikası üzrə keçirilən Dünya Kubokunda ölkəmizi təmsil edən gimnastlarımız mayın 1-də vətənə dönüblər.

Yığmamızın üzvlərini Heydər Əliyev adına Beynəlxalq Hava Limanında məşqçilər, gimnastlar, idmançılarımızın ailə üzvləri, yaxınları, azarkeşlər və media nümayəndələri qarşılayıb.

Qeyd edək ki, Dünya kuboku Nikita Simonovun halqalar ilə hərəkətlərin icrasında qızıl medalı ilə yadda qalıb.

Müəllif: Bəhruz MƏMMƏDOV