Yığmamız İtaliya üzərində qələbəyə sevindi
ESTAFET/ Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş Beynəlxalq Minifutbol Turnirində ikinci oyun gününə yekun vurulub.
Günün son oyununda Azərbaycan millisi İtaliya yığması ilə üz-üzə gəlib.
Elşad Quliyevin rəhbərlik etdiyi kollektiv bu oyundan inamlı qələbə ilə ayrılıb – 2:0. Yığmamızın heyətində Rəvan Kərimov (26) və Mirmehdi Rzayev (46) fərqlənib.
Xatırladaq ki, komandamız ilk matçında Çexiya ilə 0:0 hesablı bərabərə qalmışdı. Yığmamız növbəti matçlarını mayın 3-də Gürcüstan və mayın 4-də Serbiyaya qarşı keçirəcək.
İkinci oyun günündə baş tutan digər oyunlarda aşağıdakı nəticələr qeydə alınıb:
Türkiyə - Ukrayna 2:3
İtaliya – Gürcüstan – 2:4
Qazaxıstan – Cənubi Afrika 5:1
Serbiya – Çexiya 2:2
Türkiyə – Fransa 0:4