İdmançımız dünya rekorduna imza atdı
Almaniyanın paytaxtı Berlin şəhərində keçirilən para-üzgüçülük üzrə dünya seriyası yarışında iştirak edən 3 qat paralimpiya çempionu Raman Saley turnirin təsnifat mərhələsində 200 metrəyə sərbəst üzmədə 01.58.36 nəticə göstərərək Dünya rekorduna imza atıb. Bununla da R.Saley yarışın final mərhələsinə vəsiqə qazanıb.
Eyni zamanda R.Saley 100 metrəyə butterfly üsulu, millinin digər üzvü, paralimpiya çempionu Vəli İsrafilov isə 100 metrəyə brass üsulu ilə üzmədə finala vəsiqə qazanıblar.