İlqar Rəhimov qolbol idman növü üzrə milli komandanın üzvlərini qəbul edib

Mayın 16-da Milli Paralimpiya Komitəsinin (MPK) prezidenti İlqar Rəhimov İraqın paytaxtı Bağdad şəhərində keçirilmiş beynəlxalq turnirdə iştirak etmiş qolbol idman növü üzrə milli komandanın üzvlərini qəbul edib.

Görüşdə MPK-nın icraçı direktoru Eldar Babayev, prezidentin köməkçisi-idman şöbəsinin müdiri Kamal Məmmədov, milli komandanın baş məşqçisi Zahir Abdullayev və komandanın digər üzvləri iştirak ediblər.

Komitə prezidenti İlqar Rəhimov görüş zamanı komandanın hazırki fiziki və psixoloji durumu ilə maraqlanıb, komandanın hazırlıq səviyyəsini artırmaq məqsədilə müvafiq tapşırıqlar verib. İ.Rəhimov qarşıdan gələn yarışlara, xüsusilə 08-20 avqust 2023-cü il tarixlərində Niderlandın Rotterdam şəhərində keçiriləcək Avropa Paralimpiya Oyunlarında millimizə uğurlar arzulayıb.

Qolbol üzrə milli komandanın baş məqçisi Zahir Abdullayev öz növbəsində komandanın hazırki fiziki və psixoloji vəziyyəti barədə məlumat verərək bildirib ki, idmançılar qarşıdan gələn Avropa Paralimpiya Oyunlarına hazırlıqları davam etdirir.

Müəllif: Bəhruz MƏMMƏDOV