İlk yarış gününə yekun vuruldu
ESTAFET/ May ayının 25-27-də Şüvəlan qəsəbəsindəki Ağır Atletika Akademiyasında keçirilən yeniyetmələr arasında ağır atletika üzrə Azərbaycan birinciliyində ilk günə yekun vurulub. Yarışda ölkənin şəhər və rayonlarından idman cəmiyyətləri, klubları, mərkəzləri təmsil edən rekord sayda - 150-yə yaxın gənc atlet iştirak edəcək.
İlk yarış gününə oğlanlar arasında çəkisi 49 kq-a qədər olan idmançıların mübarizəsi ilə yekun vurulub. Bu çəkidə toplam 146 kq (68+78) nəticə göstərən İlham Əkbərov qızıl, 144 kq (68+76) nəticə göstərən Nihat Zairov gümüş, 136 kq (63+73) nəticə göstərən Əlimehti Hüseynov isə bürünc medala layiq görülüblər.