Qazimiz İsveçrə Qran Prisində gümüş medal qazandı

ESTAFET/ Milli Paralimpiya Komitəsinin atletika idman növü üzrə milli komandanın üzvü Ömər Bozbaxov İsveçrənin Notvil şəhərində keçirilən Qran Pridə nüvə itələmə üzrə 11.96 metr nəticə göstərərək 2-ci yerə sahib çıxıb.

Bununla idmançımız iyul ayında Fransanın paytaxtı Paris şəhərində keçiriləcək atletika üzrə dünya çempionatına lisenziya qazandı.

Müəllif: Bəhruz MƏMMƏDOV