İspaniya klubu millimizin üzvünü istəyir

ESTAFET/ Rusiyanın “Tümen” klubunda çıxış edən Azərbaycan millisinin futzalçısı Rafael Vilela karyerasını İspaniyada davam etdirə bilər.

“Laopiniondemurcia” nəşrinin xəbərinə görə, 30 yaşlı hücumçu ilə “ElPozo” maraqlanır. Lakin hələlik tərəflər arasında rəsmi danışıq olmayıb.

Məlumatda Braziliya əsilli oyunçunun ötən il 150 min avro qarşılığında İspaniya təmsilçisi “Palma”dan “Tümen”ə keçdiyi vurğulanıb.

Müəllif: Bəhruz MƏMMƏDOV