Dünyanın ən dəyərli futbol klubları

ESTAFET/ “Forbes” jurnalı dünyanın ən dəyərli futbol klublarının reytinqini açıqlayıb.

Ssiyahıya İspaniyanın “Real" klubu başçılıq edir. "Kral klubu"nun dəyəri 6,07 milyard ABŞ dollarıdır.

İkinci pillədə İngiltərə "Mançester Yunayted"i qərarlaşıb - 6 milyard dollar. İlk "üçlüy"ü İspaniya "Barselona"sı (5,51 milyard dollar) tamamlayır.

İngiltərə "Liverpul"u (5,29 milyard dollar) dördüncü, "Mançester Siti" (4,99 milyard dollar) beşincidir.

Dünyanın ən dəyərli klublarının "Top-10" reytinqinə, həmçinin, Almaniyanın "Bayern" (4,86 milyard dollar), Fransanın PSJ (4,21 milyard dollar), İngiltərənin "Çelsi" (3,1 milyard dollar), "Tottenhem" (2,8 milyard dollar) və "Arsenal" (2,26 milyard dollar) klubları da daxildir.

Müəllif: Natiq NƏSİROV