Kubok oyunundan əvvəl mətbuat konfranslarının vaxtı açıqlandı

ESTAFET/ İyunun 3-də saat 20:00-da “Bakcell Arena” stadionunda “Neftçi” və “Qəbələ” komandaları arasında Azərbaycan kubokunun final matçı keçiriləcək.

Bakı klubunun rəsmi saytına istinadən xəbər verir ki, həlledici qarşılaşmadan öncə baş tutacaq hazırlıq məşqləri və mətbuat konfranslarının vaxtı müəyyənləşib:

2 iyun, saat 17:30 – “Neftçi”nin baş məşqçisi Laurentsiu Regekampfın mətbuat konfransı;
2 iyun, saat 18:00 – “Neftçi”nin oyunöncəsi son məşqi (ilk 15 dəqiqəsi mətbuat üçün açıq olacaq);
2 iyun, saat 19:30 – “Qəbələ”nin baş məşqçisi Elmar Baxşıyevin mətbuat konfransı;
2 iyun, saat 20:00 – “Qəbələ”nin oyunöncəsi son məşqi (ilk 15 dəqiqəsi mətbuat üçün açıq olacaq).

Müəllif: Bəhruz MƏMMƏDOV