Mərkəzi oyunda çempion qalib gəldi - VİDEO

Minifutbol üzrə Azərbaycan çempionatında 9-cu turun oyunları keçirilir.
Turun mərkəzi matçı çempionluğa iddia edən “Zirə” və “Birbaşa Bakı” komandaları arasında keçirilib. 5 qolun vurulduğu oyunda son çempion “Birbaşa Bakı” rəqibini 3-2 hesabı ilə məğlubiyyətə uğradıb. Digər qarşılaşmalarda “Sumqayıt” “Star Bakı”dan 4-2 hesabı ilə üstün olub. “Çinar Zəngilan” isə “Galaxy” klubuna 1-3 hesabı ilə uduzub. 9 turan sonra maksimum nəticə göstərən “Birbaşa” 27 xalla liderdir.
Ondan 5 xal geri qalan “Zirə” ikinci yerdədir. İlk üçlüyü 20 xalla “Sumqayıt” tamamlayır.
