Messinin PSJ-dən ayrılacağı rəsmən açıqlandı
ESTAFET/ Fransanın PSJ klubu argentinalı hücumçusu Lionel Messi ilə yollarını ayırıb.
Bu barədə Paris təmsilçisinin baş məşqçisi Kristof Qaltye açıqlamasında məlumat verib.
Fransalı çalışdırıcı Liqa 1-in 38-ci turunun matçında "Klermon"a qarşı oyunda sonuncu dəfə PSJ forması geyinəcək argentinalı superulduza yönələn tənqidləri əsassız saydığını da vurğulayıb: "Onu əla qarşılayacaqlarına ümidliyəm. PSJ-dəki ilk mövsümdə Messi uyğunlaşma dönəmini yaşadı. O, ilk dəfə "Barselona"dan kənarda oynayırdı. Bu mövsüm isə komandanın vacib oyunçusuna çevrildi. Ona yönələn tənqidləri yersiz və əsassız sayıram".
Messinin yaxın günlərdə yeni klubu ilə bağlı qərar vermək niyyətində olduğu bildirilir. Onun İngiltərə Premyer Liqası, Səudiyyə Ərəbistanı və MLS-dən təklifləri var. Həmçinin, futbolçunun keçmiş klubu “Barselona”ya qayıdacağı da ehtimal olunur.