Warning: unlink(cache/default.luxe): No such file or directory in /home/olimpspo/domains/estafet.az/public_html/includes/Parser.php on line 129
U-20 milli komandamız çətin sınaq öncəsi hazırlıq prosesinə başlayıb -
U-20 milli komandamız çətin sınaq öncəsi hazırlıq prosesinə başlayıb

1 iyun tarixindən etibarən basketbol üzrə oğlanlardan ibarət U-20 yığma komandamız Şəki Olimpiya İdman Kompleksində təlim-məşq toplanışına start verib.

Anar Sarıyev və Fərid Əmirovun rəhbərlik etdiyi yığmamız gündə iki dəfə olmaqla, müntəzəm şəkildə məşqlərini davam etdirir. U-20 milli komandamızın hazırlıq prosesindəki əsas məqsədi, 7-16 iyul Şimali Makedoniyanın Skopye şəhərində keçiriləcək Avropa çempionatı "B" divizionunun oyunlarına hazırlaşmaqdır.

Qeyd edək ki, təlim-məşq toplanışı 15 iyun tarixinə qədər davam edəcək.

Müəllif: Məsim MƏSİMZADƏ