Milli Olimpiya Komitəsində Atletlər Komissiyasının növbəti iclası keçirildi
Bu gün Milli Olimpiya Komitəsində Atletlər Komissiyasının növbəti görüşü baş tutub. Görüşdə idmançı və məşqçil münasibətləri müzakirə aparılıb. Məşqçilər üçün psixoloji testlərin təşkil olunması, qarşılıqlı davranış qaydalarının yaradılması haqqında söhbət edilib. Həmçinin idmana yeni başlayan yeniyetmə və gənc idmançılara qayğı göstərilməsinin vacibliyi də qeyd edilib. Görüşdə bilditib ki, komisiya Gənclər və İdman Nazirliyinə məşqçilərin qeydiyyatının aparılacağı yeni bir veb saytin yaradılması haqda təklif irəli sürəcək. məqsəd gələcəkdə valideynlərin idman növünə uyğun olaraq övladları üçün peşəkar məşqçilər seçməkdir.
Qeyd edək ki, görüşdə MOK-un idman idarəsinin direktoru Həsənağa Rzayev, Beynəlxalq Proqramlar şöbəsnin əməkdaşı Ceyhun Rəhmanov, Komissiyanın sədri Rüstəm Orucov (cudo), komissiyanın katibi Fəridə Əzizova (taekvando), üzvləri Kamran Şahsuvarlı (boks), Fatimə Əlkərəmova (üzgüçülük) iştirak ediblər.