Gəncə şəhərində "Sağlam məhəllə" idman zonası istifadəyə verilib
İyunun 9-da Gəncə şəhərində "Sağlam məhəllə” idman zonası istifadəyə verilib. Açılışda gənclər və idman naziri Fərid Qayıbov, idman səfirləri Aynur İmanova, Aliyə Paşayeva da iştirak ediblər. Burada minifutbol və basketbol meydançaları, stolüstü tennis, şahmat, eləcə də hər yaş qrupuna uyğun fitnes avadanlıqları yerləşdirilib.
Açılış zamanı "Kəpəz" futbol klubunun baş məşqçisi Tərlan Əhmədov və klubun əsas heyətinin futbolçuları, "Gəncə" basketbol klubunun köməkçi məşqçisi Rizvan Səfərov və basketbolçuları uşaqlara master-klass keçib, topla hərəkətləri öyrədiblər.
"Sağlam məhəllə" layihəsi Gənclər və İdman Nazirliyi və Gəncə şəhərinin Gülüstan qəsəbəsində inşa edilən “Qala Sığorta"nın dəstəyi ilə, əhalinin sağlam həyat tərzinin təmin edilməsi məqsədilə istifadəyə verilib.