Cüdo üzrə Təhsil Kubokunun ilk yarış gününün nəticələri bəlli olub

Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan cüdo üzrə Təhsil Kubokunun ilk yarış gününün nəticələri bəlli olub

Elm və Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi və Azərbaycan Cüdo Federasiyasının (ACF) birgə təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan cüdo üzrə 17 yaşa qədər yeniyetmə oğlanlar arasında Təhsil Kubokunun ilk yarış günü keçirilib.

9 iyunda Hövsan qəsəbəsində yerləşən Fövqəladə Hallar Nazirliyinin (FHN) İdman Sağlamlıq Mərkəzində baş tutan yarışda 4 çəki dərəcəsində 233 cüdoçu medallar uğrunda mübarizə aparıb. Oğlanlar arasında -50 kq., -60 kq., -73 kq. və -90 kq. çəki dərəcələrində mükafatçılar müəyyənləşib.

Qaliblərin siyahısını təqdim edirik:

-50 kq.

1. Akosta Muniz (Polşa)

2. Elcan Quliyev (Azərbaycan)

3. Bekzat Mustaqaliyev (Qazaxıstan)

3. Nəcəf Nəsrullayev (Azərbaycan)

-60 kq.

1. Əli Əhmədli (Azərbaycan)

2. Cavlonbek Kuldaşboyev (Özbəkistan)

3. Əli Hümbətov (Azərbaycan)

3. Fərid Qasımzadə (Azərbaycan)

-73 kq.

1. Nihad Yəhyayev (Azərbaycan)

2. İnno Loeber (Niderland)

3. Əhməd Mehdiyev (Azərbaycan)

3. Martin Fiktum (Çexiya)

-90 kq.

1. Sübhan Axundov (Azərbaycan)

2. Səid Hüseynov (Azərbaycan)

3. Ömər Abbasov (Azərbaycan)

3. Əmrah İsmayılov (Azərbaycan)

Müəllif: Natiq NƏSİROV