U-17 yeniyetmələr arasında cüdo üzrə Təhsil Kubokuna yekun vurulub

Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan U-17 yeniyetmələr arasında cüdo üzrə Təhsil Kubokuna yekun vurulub

9-10 iyunda Elm və Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi və Azərbaycan Cüdo Federasiyasının (ACF) birgə təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan cüdo üzrə 17 yaşa qədər yeniyetmə oğlanlar arasında Təhsil Kuboku keçirilib.

Yarışlarda Azərbaycan, Çexiya, Gürcüstan, Qazaxıstan, Özbəkistan, Macarıstan, Niderland, Polşa, İsveç, Slovakiya və Latviya olmaqla 11 ölkədən 500-ə yaxın cüdoçu medallar uğrunda mübarizə aparıb.

Hövsan qəsəbəsində yerləşən Fövqəladə Hallar Nazirliyinin (FHN) İdman Sağlamlıq Mərkəzində baş tutan turnirdə 8 çəki dərəcəsində mükafatçılar bəlli olub.

Ümumi komanda hesabında medalların sayına görə 1-ci yerə Bakı şəhəri 13 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbi, 2-ci yerə "Təhsil" Respublika İdman Mərkəzinin Sumqayıt 1 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyyatları Uşaq-Gənclər İdman Şahmat-Məktəbi, 3-cü yerə isə Bakı şəhəri 10 nömrəli Uşaq-Gənclər İdman-Şahmat Məktəbi layiq görülüb. 20 komanda müxtəlif əyarlı medal qazanıb.

Qeyd edək ki, yarışda iştirak edən cüdoçular 11-13 iyunda "Təhsil" Respublika İdman Mərkəzinin “Zuğulba” tədris-idman bazasında təşkil olunacaq beynəlxalq təlim-məşq toplanışına qatılacaqlar.

Turnirin keçirilməsində məqsəd Ümummilli Lider Heydər Əliyevin irsinin təbliği, yeniyetmələr və gənclər arasında idman vasitəsi ilə sağlam həyat tərzinin formlaşdırılması, həmçinin cüdonun kütləvi təbliğinə və təşviqinə nail olmaqdır.

Yarışın ikinci gününün qaliblərinin siyahısını təqdim edirik:

-55 kq.

1. Özqan Quliyev (Azərbaycan)

2. Bayram Orucov (Azərbaycan)

3. Məməmməd Əliyev (Azərbaycan)

3. Kərim Kərimli (Azərbaycan)

-66 kq.

1. Səlim Sultanov (Azərbaycan)

2. Səid Şərifov (Azərbaycan)

3. Elbek İbraqimov (Özbəkistan)

3. Kənan Sadiqov (Azərbaycan)

-81 kq.

1. Ali Qazıməmmədov (Azərbaycan)

2. Nihad Əhmədov (Azərbaycan)

3. Amir Xəzriyev (Azərbaycan)

3. Emin Şirinov (Azərbaycan)

+90 kq.

1. Rəsul Səmədli (Azərbaycan)

2. Əliyeva Bayramlı (Azərbaycan)

3. Rauf Yadigarlı (Azərbaycan)

3. Samir Abdusalomov (Özbəkistan)

Müəllif: Natiq NƏSİROV