"Neftçi" yarımfinala vəsiqə qazanıb

Bakının “Neftçi” klubu 3x3 basketbol üzrə dünya qadın seriyasının Şuşa mərhələsində yarımfinala yüksəlib.

A qrupunda yer alan Bakı təmsilçisi Almaniya milli komandası ilə qarşılaşıb. Oyun 16:14 hesabı ilə "Neftçi" komandasının qələbəsi ilə başa çatıb.

Müəllif: Məsim MƏSİMZADƏ